reklam
» » SON DƏQİQƏ: Kəlbəcərdə gecə bir saat atışma oldu

reklam

SON DƏQİQƏ: Kəlbəcərdə gecə bir saat atışma oldu


Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Paylaş:


Müəllif : Tarix:
29-07-2021, 08:46
  


loading...
Загрузка...