reklam
» » Kirayədə yaşayanların DİQQƏTİNƏ!

reklam

Kirayədə yaşayanların DİQQƏTİNƏ!


“Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son nəticədə müəyyən problemlərə, risklərə, həmçinin vergidən yayınmalara gətirib çıxarır”.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu problem tək bizdə deyil, bütün MDB ölkələrində var: “Əgər zonalar üzrə müqayisə etsək, Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti müqavilə ilə kirayəyə verilir və onların vergisi də əsasən ödənilir. Amma kənarlarda, xüsusən də kütləvi yaşayış yerlərində kirayə verilən evlərin əksəriyyəti müqaviləsizdir. Bahalı bağ evləri və villalar da əsasən müqavilə ilə kirayəyə verilir. Düşünürəm ki, zamanla bu məsələ də həllini tapacaq. Hazırda vergi orqanları iri ticarət mərkəzlərində, iri müəssisələrdə vergi toplanması ilə məşğuldurlar. Həmin yerlərdə nizam-intizam yarandıqdan sonra yəqin ki, kirayə verilən evlərin də vergiyə cəlb olunması istiqamətində addımlar atılacaq”.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 21:56
  


loading...
Загрузка...