reklam
» » Niyam Salami: “Gözümün qabağında aşı zibilliyə atırlar“ - Video

reklam

Niyam Salami: “Gözümün qabağında aşı zibilliyə atırlar“ - Video



Müğənni Niyam Salami şadlıq saraylarında işçilərə münasibət, israfçılıq barədə danışıb.

İfaçı ARB telekanalında yayımlanan aparıcısı olduğu “Salami Şou” verilişində bəzi şadlıq evlərini ittiham edərək, tənqid atəşinə tutub:

“Toy təməldir. Ora gələn adam qızıl, bəxşiş verir ki, ailə quran cütlük də öz təməlini qura bilsin. Lakin bizim bəzi şadlıq evləri “Ancaq mən yeməliyəm, mənim olmalıdır” deyir. Restoranlarda işçilərə hörmətsizlik edirlər, insanlara yuxarıdan aşağı baxırlar. Qab yuyanlara qəribə münasibət bəsləyir, yuxarıdan baxırlar. 15 AZN nədir, işçiyə verirsən? Siz qazanırsınız, əl tumaq, kömək etmək lazımdır. Aşı zibilə tökməzlər. Aş gəlir, sonra dondurma yeyirlər, aşı gözümün qabağında zibilə atırlar. Bunları gördüyüm halda tank boyda yükü çiynimə götürüb restoran işlətmək bilirsiniz nə deməkdir?”

Həmin görüntüləri təqdim edirik:





Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 13:25
  


loading...
Загрузка...