reklam
» » Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb - Diqqət!

reklam

Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb - Diqqət!



Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 12:20
  


loading...
Загрузка...