reklam
» » Kəlbəcərdə şəhid olan gizir dəfn edildi — YENİLƏNİB

reklam

Kəlbəcərdə şəhid olan gizir dəfn edildi — YENİLƏNİB


Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.

“Report” Qarabağ Mərkəzinin məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.

Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.









Paylaş:


Müəllif : Tarix:
24-07-2021, 13:11
  


loading...
Загрузка...