reklam
» » İslamiadanın azərbaycanlı qalibindən Olimpiadada uğursuz start

reklam

İslamiadanın azərbaycanlı qalibindən Olimpiadada uğursuz start



Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarına uğursuz start verib.

İslamiadanın qalibi 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb.

Təmsilçimiz altı atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Beləliklə o, final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Olimpiya mükafatçısı İradə Aşumovanın oğlu olan Ruslan Lunyov avqustun 1-də 25 metr məsafəyə atəşaçmada da gücünü yoxlayacaq. O, məhz 25 metr məsafədə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı olub.


Paylaş:


Müəllif : Tarix:
24-07-2021, 10:26
  


loading...
Загрузка...