reklam
» » Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO

reklam

Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO

Bakıda tibb müəssisəsinin ərazisi zibilliyə çevrilib.

Bu barədə “Report”a tibb müəssisəsinin yerləşdiyi Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.

Şikayətçi 23 saylı Birləşmiş Şəhər Poliklinikasının ərazisində tullantıların daşınmadığını bildirir. Onun sözlərinə görə, poliklinikanın ərazisində uzun müddətdir zibillərin daşınmaması antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. O, poliklinikanın həyətində çəkdiyi iddia olunan video və fotoları da “Report”a təqdim edib.

23 saylı Birləşmiş Şəhər Poliklinikasının baş həkimi Hüseyn İsrafilzadə “Report”a açıqlamasında tullantıların vaxtında daşındığını və hazırda səhiyyə müəssisəsinin ərazisində belə bir halın olmadığını bildirib.

“23 saylı Birləşmiş Şəhər Poliklinikasında zibillər vaxtı-vaxtında daşınır. Həmin şikayətçi yanlış məlumat verib, axı onun bizim xəstəxanaya nə aidiyyəti var? Həmin adamla söhbət eləmişik. Hansısa ədəbsiz gəlib energetik içki içdikdən sonra qabını əraziyə atırsa, biz onun dalınca düşəsi deyilik. Düzdür, zibil maşınlarının işləmədiyi vaxtlar olur, amma biz daim nəzarət edir, pandemiya dövründə poliklinikanın təmizliyinə ciddi riayət edirik. Hər həftə buranı dərmanlayırıq, xadimələr yuyub təmizləyir. Hətta mən deyərdim ki, ölkədə pandemiya ilə mübarizə aparan bir tək İsrafilzadə Hüseyn Oruc oğludur”, - deyə baş həkim qeyd edib.










Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 16:26
  


loading...
Загрузка...