reklam
» » Namik Ələskərov əməliyyat olunacaq -YENİLƏNİB + FOTO/VİDEO

reklam

Namik Ələskərov əməliyyat olunacaq -YENİLƏNİB + FOTO/VİDEO


Yunanıstanda “Olimpiakos”a qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda rəqib futbolçudan üzünə zərbə alaraq zədələnən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

Komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında 26 yaşlı oyunçunun əməliiyat olunacağını bildirib.

Onun sözlərinə görə, zədə ilə əlaqədar Ələskərova əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr olub: "Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra futbolçu bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi".

Zöhrablı deyib ki, həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar yarımmüdafiəçinin vəziyyəti ilə əlaqədar əsas problemin əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədar olduğunu vurğulayıblar: "Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namik komanda ilə məşqlərə qoşulacaq”.Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namik Ələskərov bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə hər iki oyununda qola imza atıb".

12:40

Millimizin və “Neftçi”nin futbolçusu Namiq Ələsgərov əməliyyat olunacaq.

Bu barədə Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

O, Afinada xəstəxanada qalan futbolçunun səhhətinin yaxşı olduğunu desə də, bir həftə sonra Bakıdakı matçda oynamayacağını vurğulayıb:

“Namiq hazırda xəstəxanadadır, müayinə olunur. Müayinəsi bitdikdən sonra bu barədə tam ətraflı məlumat verəcəyik. İlkin müayinənin nəticəsinə əsasən, əməliyyat olunacaq. Belə olan halda, çətin ki, oynaya bilsin”.

Qeyd edək ki, Namiq Ələsgərov dünən Çempionlar Liqasının “Olimpiakos”la Afinada keçirilən matçında rəqibin qvineyalı futbolçusu Madi Kamara tərəfindən ciddi zədə alıb və nəticədə idmançının burnundan qan gəlib. O, 45-ci dəqiqədə “Neftçi”nin digər hücumçusu Mirabdulla Abbasovla əvəzlənib.

[media=//baku.tv/az/dunyaa/41449/]






Paylaş:


Müəllif : Tarix:
22-07-2021, 18:52
  


loading...
Загрузка...