reklam
» » Vətən müharibəsindən sonra doğulan 100-cü şəhid övladı

reklam

Vətən müharibəsindən sonra doğulan 100-cü şəhid övladı



Vətən müharibəsindən sonra dünyaya gələn 100-cü şəhid övladının, şəhidimiz Vüqar Məmmədovun övladı Vüqarın zəruri xərclərini “YAŞAT” Fondu qarşılayıb.

Fonddan verilən məlumata görə, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 manat analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 manatlıq hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Avtobuslarda kondisionerlər nə zaman işə düşəcək? - RƏSMİ AÇIQLAMA
Naxçıvana avtobusla nə vaxt getmək mümkün olacaq? - RƏSMİ
Həcc ziyarəti əcnəbi zəvvarlar üçün QADAĞAN EDİLDİ
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

https://yashat.gov.az/report/tableau

Fondun 8110 “Çağrı” Mərkəzi də fəaliyyət göstərir.



Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 12:32
  


loading...
Загрузка...