reklam
» » 265 manat maaş və pozulan istirahət hüququ: - Azərbaycanlılar harada və necə dincəlsin?

reklam

265 manat maaş və pozulan istirahət hüququ: - Azərbaycanlılar harada və necə dincəlsin?



Bu gün ölkədə daxili turizm bazarı açıq hesab edilir və yay mövsümünün başlaması ilə əhali bölgələrdə istirahətə üstünlük verir.

Hazırda xarici turizm bazarının bağlı olması daxili turizmi inkişaf etdirmək üçün bir fürsətdir.

Ölkənin turizm sektoru bu imkandan yararlana biləcəkmi və bu sahədə əsas problem olan qiymət bahalığı öz həllini tapacaqmı?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, bu gün əsas məqsədlərdən biri kimi Qarabağda turizm sektorunun inkişafıdır:

“Biz xarici turizmdən daha çox daxili turizmin inkişafına çalışmalıyıq. Məsələn, nisbi bir rəqəm desək, il ərzində Azərbaycana 10 min turist gəlirsə, ən azı 50 min turist azərbaycanlı xaricə gedir. Xarici turistin Azərbaycana verdiyi xeyirdən 5 dəfə çox azərbaycanlılar başqa ölkələrin turizm sektoruna pul yatırır. Bunun üçün də ölkədə daxili turizmi inkişaf etdirməliyik. Daxili turizm yalnız imkanlıı insanlar üçün hesablanmamalıdır. Bu gün ölkədə minimum əmək haqqı 265 manatdırsa, həmin vətəndaşın da haqqı çatır ki, ailəsi ilə birlikdə ildə bir dəfə istirahət etsin.

Otellər, gündəlik evlər həmin insanların maaşı üçün hesablanılıbmı? Təbii ki, xeyr. Bu gün yerlərdə otelin bir günü 30-40-100 manatdır, restoranlar hamısı bahadır. Turizm sektoru hər kateqoriyadan olan insanlar üçün hesablanmalıdır ki, yerli turizmi inkişaf etsin. Hər il 10 minlərlə vətəndaşımız Gürcüstana, Rusiyaya, Türkiyəyə gedir. Gürcüstanda elə də böyük istehsal müəssisələri yoxdur.

Ancaq turizmi inkişaf etdirib. Məsələn, ölkəyə gətirilən avtomobillərin 90 faizi Poti limanı ilə Gürcüstana gəlir və Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya vətəndaşları Avropan gətirilən avtomobilləri gedib Gürcüstandan alırlar. Hər bir avtomobil alan şəxs gedib 2-3 gün Gürcüstan bazarını gəzir, həmin müddətdə ölkənin otelindən, restoranlarından istifadə edir. Hər gün yüzlərlə digər ölkə vətəndaşı yalnız avtomobil deyil, avadanlıqları da almaq üçün bu ölkəyə gedirlər”.

Ekspert bildirib ki, elementar bir sistem qurulub və bunun hesabına Gürcüstan dövlətinin büdcəsinin böyük bir hissəsi buradan formalaşır:

“Hər bir avtomobili minimum 3-4 min dollardan hesablasaq, gün ərzində başqa ölkələrdən neçə 100 min dollar gəlir gəlir. Bu gün Zəngəzur dəmiryolu xətti çəkilir. Türkiyədən, Çindən başlayaraq gəlib Azərbaycandan keçib gedəcək. Hansısa bir formada biz bunu Azərbaycanda da tətbiq edə bilərik. Avtomobil deyil, digər bir sahə ilə bağlı bunu reallaşdıra bilərik. Bu hansı bölgədə qurulsa, oranın iqtisadi vəziyyətini daha da yaxılaşdıracaq. Mən daxili turizmin inkişafı ilə lə bağlı yeni bir layihə hazırlamışam. Bu bir faktdır ki, turist kimi xaricə gedən gedəcək. Bəziləri məcburdurlar getməyə, bəziləri yenilik axtarırlar. Əsas məqsədimiz daxili turizmi qurmaq, inkişaf etdirmək və turizm sektoruna ciddi nəzarət olmalıdır. Yerlərdə qiymətlər fantastikdir. Qiymətlər yerli əhali üçün hesablanmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 15:37
  


loading...
Загрузка...