reklam
» » Azərbaycan bu il nə qədər avtomobil istehsal edib? - RƏSMİ + FOTO

reklam

Azərbaycan bu il nə qədər avtomobil istehsal edib? - RƏSMİ + FOTO


Azərbaycanda 2021-ci ilin yanvar-may aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 653 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19 ədəd və ya 2,8 faiz azdır.

Təkcə may ayında isə 145 ədəd minik avtomobili istehsal edilib. Bu isə ötən ayla müqayisədə 45 ədəd və ya 45 faiz çoxdur.

İlin ilk beş ayı ərzində ölkəmizdə 239 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 134 ədəd və ya 2,3 dəfə çoxdur. Təkcə may ayında isə 77 ədəd traktor istehsal edilib ki, bu da ötən ayla müqayisədə 5 ədəd və ya 6,9 faiz çoxdur.

Ümumilikdə isə 2021-ci ilin yanvar-may ayları ərzində 107,3 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 98,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 70,9 faiz azalıb.



Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 16:09
  


loading...
Загрузка...