reklam
» » Avropa İttifaqı Azərbaycanda yeni proqramın icrasına başlayır

reklam

Avropa İttifaqı Azərbaycanda yeni proqramın icrasına başlayır


Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumət uğrunda islahatları və korrupsiyaya qarşı mübarizəni dəstəkləməyə yönələn "Aİ-nin Dürüstlük Proqramı" adlı yeni proqramın icrasına başlayır.

Üçillik proqramı Aİ maliyyələşdirəcək və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət üzrə Tərəfdaşlıq (OGP) Təşkilatı tərəfindən həyata keçiriləcək.

Yeni proqramı təqdim etmək məqsədilə mayın 20-də yüksək səviyyəli onlayn tədbir olacaq. Mərasimdə Aİ, İƏİT, OGP-dən olan aparıcı məruzəçilər, yerli dövlət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcək və regionda açıq hökumət uğrunda islahatların gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Proqram həmçinin son dərəcə vacib islahatları gücləndirmək üçün OGP-nin fəaliyyət planlarından istifadə edərək və həmin islahatları həyata keçirmək üçün tərəfdaş ölkələrlə birgə işləyərək hökumətlərə və vətəndaş cəmiyyətinə dəstəyi genişləndirəcək.

Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan iştirak edir.


Paylaş:


Müəllif : Tarix:
14-05-2021, 15:37
  


loading...
Загрузка...