reklam
» » Nadir Qafarzadə: “Göydə Allaha, yerdə mənə ümidlidirlər“

reklam

Nadir Qafarzadə: “Göydə Allaha, yerdə mənə ümidlidirlər“



Bir ildən çoxdur ki, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda toy məclislərinin keçirilməsinə qadağa qoyulub. Qazancları əsasən toylardan gələn müğənnilər bu müddət ərzində demək olar ki, işsiz, pulsuz qalıblar.

Vəziyyətdən çıxış yolu kimi bəzi müğənnilər Rusiyaya üz tutub. Sənətçilər orada həmyerlilərimizin toy məclislərdə iştirak etməklə, maddi vəziyyətlərini bərpa etməyə çalışırlar.

Qazanc dalınca Rusiyaya gedən sənətçilər arasında Fədayə Laçın, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu, Kərim Abbasov, Damla, Könül Kərimova və digərləri var.

Buna baxmayaraq, bəzi həmkarları Rusiyaya gedən müğənniləri qınaq obyektinə çevirir, onların ucuz qiymətə Rusiyaya getməsinə qarşı çıxırlar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə Rusiyadakı həmyerlilərimizin toylarında iştirak etməyin normal hal olduğunu bildirib:
“Həmkarlarım Rusiyada yaşayan azərbaycanlıların məclislərində iştirak edirlər. Təbii ki, bizi ruslar toya çağırmayacaq, onlar bizim nə oxuduğumuzu başa düşmürlər. Çox vaxt sosial şəbəkələrdə şərhlər qarşıma çıxır, yazırlar ki, “danışanda rusları bəyənmirsiniz. Amma toylarına gedirsiniz”. Bu düzgün deyil, rus heç bizi tanımır. Biz həmyerlilərimiz üçün gedib oxuyuruq. Bu normaldır. Müğənni nə etməlidir? O da hamı kimi adamdır, ailəsi var, problemlərini həll etməlidir. İş üçün harasa getmək çox normaldır. Rusiyaya iş dalınca gedən azərbaycanlı başqa peşə sahibləri yoxdurmu? Onda belə çıxır ki, hamını qınayaq ki, niyə gediblər? Bu düzgün deyil. Kimə harada rahatdırsa, kim harada ruzisini qazana bilirsə, qoy yolu açıq olsun”.

Sənətçi özünün də may ayının sonu Rusiyaya yollanacağını açıqlayıb:

“Şəxsən mən özüm bir il üç aydır ki, pul qazanmıram. Mənim də Rusiyaya getmək fikrim var. Düzdür, hələ ki, gedib orada oturmaq fikrim yoxdur, sadəcə dəvət aldığım məclislərdə iştirak edib qayıdacağam. Məclis üçün dəvət gəlib, İnşallah, may ayının sonu Sankt Peterburq şəhərinə gedəcəyəm. Dəvət olunduğum toy Azərbaycanda olmalı idi, sadəcə davamlı olaraq təxirə salındı, sonda məcbur olub Rusiyada etməli oldular. Gedəcəyəm, görsəm ki, orada hər şey “okeydir”, orada qalacağam. Bu normaldır, mən kişi xeylağıyam, pul qazanmalıyam, ailə dolandırıram, bir nəsil mənə baxır. Qohum-əqrəbamın yaxşı mənada gözü məndədir, göydə Allaha, yerdə mənə ümidlidirlər. Ona görə də Rusiya toylarında iştirak etmək normaldan da normaldır”.


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 13:33
  


loading...
Загрузка...