reklam
» » “Razılaşaq ki, Rusiya olmasaydı, heç Qarabağ problemi də olmazdı” - Şəhid atası...

reklam

“Razılaşaq ki, Rusiya olmasaydı, heç Qarabağ problemi də olmazdı” - Şəhid atası...



“Razılaşaq ki, Rusiya olmasaydı heç Qarabağ problemi də olmayacaqdı. Bunu kim bilib gizlədirsə, bu xalqın düşmənidi, kim bilmirsə, bilsin. Kimin şübhəsi varsa, soruşsun, anladaq”.
Bu fikirləri siyasi analitik Tahir Cəfərlinin mayın 1-də saytımızda dərc olunmuş “Razılaşaq ki, Rusiya Azərbaycana qarşı getsəydi, Qarabağda vəziyyətimiz xoşagələn olmazdı...” başlıqlı müsahibəsinə “Facebook”da yazdığı şərhdə ifadə edən oğlu Şahgündüz Cabbarov 44 günlük müzəffər savaşımızda şəhidlik zirvəsinə ucalmış tanınmış laçınlı şair Kamil Vəfadar Moderator.az-a açıqlamasında bunları əlavə edib.

“Bəlkə bir qədər sərt dedim, amma belə düşüncələr dövlətimizə və xalqımıza olan sonsuz və tükənməz sevgimdən irəli gəlir. Fəqət, o da gerçəkdir ki, Rusiyanın tarixi işğal və düşmənçiliklərinə rəğmən biz Qarabağ məsələsini Rusiyasız həll edə bilmədik. Həmişə demişəm, indi də deyirəm ki, Qarabağ məsələsinin həlli üçün Rusiyayla münasibətlərimizdə ehtiyatlı olmalıyıq. Bu fikrimin təsdiqindən ötrü son onilliklərdə Gürcüstan və Ukraynanın taleyini xatırlatmaq kifayətdir...

Bəli, Qarabağ məsələsinin birdəfəlik həllində Rusiyanın rolundan yararlanmalıyıq. Ancaq bu, yuxarıdakı fikrimlə ziddiyyət təşkil etmir, sadəcə, ocağı qalayanın əliylə söndürməliyik. Həm də buna görə minnət də qoyulmamalıdı ki, problemimiz vardı, Rusiya gəldi həll elədi. Rusiya bu erməni ocağını içimizdə öz əliylə qalayıb və məcbur eləməliyik ki, onu öz əliylə də söndürsün. Və hesab edirəm ki, 44 gün ərzində buna xeyli dərəcədə nail olmuşuq da... Ardını da səbir və təmkinlə, siyasi-diplomatik yolla davam etdirərək tam və qəti qələbəmizi əldə etməliyik...” –deyə şəhid atası bildirib.


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 13:20
  


loading...
Загрузка...