reklam
» » Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi 5 - mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə görüş keçirib

reklam

Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi 5 - mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə görüş keçirib

Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi 5 - mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə ilə Ucar rayonunun idman sahəsində məşğul olan, rayonda müxtəlif idman növlərinin inkişafına töhfə vərən məşqçi müəllimlərlə və idmançı dostlarla görüş keçirib. Görüşdə Post- Pandemiya dövründə Ucar rayonda idmanın inkişafı istiqamətində görüləcək işlər, birgə fəaliyyətlər müzakirə edilib. İctimai Birliyin sədri Kazım Məmmədov qeyd edib ki, hazırkı pandemiya dönəmində idman sahəsində olan duruğunluq və xüsusən az infrastrukturun zətif olması idmanın inkişafı baxımdan bizi çox qayğılandırır. Lakin bu heçdə idmançıları ruhdan salmamalıdır. Birgə fəaliyyət bütün sahələrdə uğurlu nəticə əldə etməyə imkan vermişdir, elə idman sahəsində də birgə fəaliyyətimiz uğurlu nəticələrə imza atmağa şərait yaradacaq.

Ucar Gənclər evinin rəhbəri Elamin Dibiriov İdmançıların gələcək fəaliyyətində uğurlar arzu etməklə, gələcək fəaliyyətlərdə birgə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inandığını söyləyib. Sonda idmançılarmıza Fəxri Fərman və Təşəkkürnamə təqdim edilib.















Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 17:22
  


loading...
Загрузка...