reklam
» » YAP-ın QURULTAYI BAŞA ÇATDI - Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi dəyişdi... + FOTOLAR (Yenilənir)

reklam

YAP-ın QURULTAYI BAŞA ÇATDI - Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi dəyişdi... + FOTOLAR (Yenilənir)


Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatıb.  Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının sədri seçilib.
Partiyada YAP-ın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə çatdırılıb. Habelə Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb, partiyanın yeni nizamnaməsi qəbul olunub.
Qurultay partiyanın Siyasi Şurasının ləğv edilməsi haqda da qərar çıxarıb. Əvəzində Veteranlar Şurası yaradıb. Bu şuranın sədri keçmiş deputat Arif Rəhimzadə seçilib.
İclasda İdarə heyətinin sədr müavini Əli Əhmədov seçilib.
İclasda partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb. Təftiş Komissiyasına isə sədr seçilməyib.
Növbəti iclasda Təftiş Komissiyasına da sədr seçiləcək.
Məlumatlara görə, bu şəxslər İdarə Heyətindən uzaqlaşdırılıb:
1. Ramiz Mehdiyev - AMEA Prezident
2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə - AMEA-nın sabiq prezidenti, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr
5. Əli Həsənov - Prezidentin keçmiş köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri
6. Əli Həsənov - Baş nazirin sabiq müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdir
9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – BDU-nun sabiq rektoru, akademik
11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri
12. Hacıbala Abutalıbov - Baş nazirin sabiq müavini, təqaüdçüş
YAP-ın İdarə Heyətinə yeni seçilən üzvlər isə aşağıdakı şəxslərdir:
Cavid Osmanov
Azər Badamov
Kamal Cəfərov
Tahir Mirkişili
Şahin İsmayılov
Ramin Məmmədov
Sadiq Qurbanov
Elşad Mirbəşirli
Murad İbrahimli









***
Bu gün keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədriİlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.
İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.
Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.
Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.
Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.







***
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən Qurultayında partiyanın Siyasi Şurası ləğv edilib.
Bu barədə "Report"a Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib.
O bildirib ki, ilk dəfə olaraq partiyanın Veteranlar Şurası yaradılıb.
***
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
***

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
* * *
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.
"Report"un xəbərinə görə, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.









































Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 16:20
  


loading...
Загрузка...