YAP bu gün yenidən “doğulacaq” – Tam məxfi qurultay

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı bu gün səhər saatlarında partiyanın mərkəzi qərərgahında öz işinə başlayacaq.
Partiyadakı mənbədən "AzPolitika.info"-ya verilən məlumata görə, artıq bütün dəvətlilər koronavirus testindən keçirilib. Ali tədbirdə 200-ə yaxın YAP üzvünün, eyni zamanda partiyanın sədri, Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, hakim partiya qurultay barədə indiyə qədər heç bir məlumat yaymayıb. Partiyanın saytında da bununla bağlı informasiya yoxdur, təşkilatın sözçüsü Hüseyn Paşayev isə günlərdir zəngələrə cavab vermir.
YAP deputatlarının bəziləri qurultaydan xəbərsiz olduqlarını deyiblər. Əksər millət vəkilləri isə jurnalistlərlə kontakta girməkdən çəkiniblər.
Məsələn, deputat Musa Quliyev deyib ki, onun qurultaydan xəbəri yoxdur, çünki dəvət etməyiblər.
Adının çəkilməsini istəməyən başqa bir deputat isə bildirir ki, qurultayın qəflətən və partiyanın bir qrup üzvündən xəbərsiz keçirilməsinin səbəbi YAP rəhbərliyində ciddi dəyişikliklərin planlaşdırılması ilə bağlıdır.
Partiyanın İdarə Heyətinin, Siyasi Şurasının, Gənclər Birliyinin, habelə Qadınlar Şurasının və Mərkəzi İcra Aparatının xeyli üzvü vəzifələrindən kənarlaşdırılacaq. Onların yerini partiyanın aşağı strukturlarından irəli çəkilən nümayəndələr, eyni zamanda YAP-a yeni qoşulan siyasətçilər tutacaq.
Partiyanın icraçı katibi Əli Əhmədovun da postundan gedəcəyi, onu YAP Gənclər Birliyinin sədr müavini, deputat Ramin Məmmədovun əvəzləyəcəyi gözlənilir.
Bundan başqa YAP-ın nizamnaməsinə, proqramına da dəyişikliklər edilməsi gözlənilir.
"Hakim partiyada böyük dəyişikliklər gözlənilir, ondan narazı qalanlar, qarşı çıxanlar ola bilər. Bu da qurultayqabağı manipulyasiyalara, daxili narazılıqların ictimai müzakirəsinə rəvac verə bilərdi. Ona görə də qurultayla bağlı ictimaiyyətə geniş informasiyanın verilməməsi qərara alınıb. Bu qadağanı pozan partiya yetkilisi, deputat sərt qınaqla üzləşəcək" - deyə, mənbə vurğualyıb.
Mənbə daha sonra qeyd edib ki, qurultayın gündəliyi ancaq Təşkilat Komitəsinə məlumdur, iştirakçılara bu barədə hər hansı informasiya verilməyib.
"Yəqin ki, tədbir başlayanda gündəlikdəki məsələlər elan olunacaq. Kimlər gələcək, kimlər gedəcək, bu haqda bir söz deyə bilmərəm. Amma şəxsi fikrim budur ki, YAP fəallığını, çevikliyini, hərəkətliliyini daha da artırmalıdır. Köhnə təfəkkürlü insanlarla, köhnə metodlarla çox da uzağa getmək olmaz.
Artıq yeni nəfəs, yeni ruh, fəal insanlar partiyanın rəhbər strukturlarında təmsil olunmalıdırlar. Bu zaman YAP daha da güclənmiş, möhkəmlənmiş olar. Təbii ki, YAP ölkənin ən böyük partiyasıdır və heç bir siyasi təşkilat onunla müqayisə belə oluna bilməz. Amma bununla belə, yenilənmək, dəyişmək, daha da güclənmək lazımdır”- deyə, o, sözlərinə əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2021, 08:14
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-03-2021, 08:14
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 23:30
Dünən, 13:13
Dünən, 12:50
Dünən, 12:39
Dünən, 09:56
Dünən, 09:52
Dünən, 09:32
16-04-2021, 20:56
16-04-2021, 20:54
16-04-2021, 18:02
16-04-2021, 17:03
16-04-2021, 16:42
16-04-2021, 16:41
16-04-2021, 16:39
16-04-2021, 14:40
16-04-2021, 13:24
16-04-2021, 13:05
16-04-2021, 13:04
16-04-2021, 13:03
16-04-2021, 12:39

Hansı məhkəmələrdə əsasən ittiham yönümlü qərarlar qəbul edilir? – Vəkillərdən AÇIQLAMAR

Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?

"8 ildir belim qırılıb, ancaq əllərim işləyir, 3 uşağım çarəsiz qalıb" - BİR AİLƏNİN FƏRYADI

Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY

“Azəriqaz” rəhbərliyi Mehriban Əliyevanı da aldadıb, bizi müddətli işə götürüb" - Uşaq evinin məzunu NARAZILIQ EDİR

Səlim Müslümovun başlatdığı və “təpik vurduğu” islahat: Əhalinin yarısı pensiyaçı olmadan ölür

"“Azəriqaz” rəhbərliyi Mehriban Əliyevanı da aldadıb, bizi müddətli işə götürüb" - Uşaq evinin məzunu NARAZILIQ EDİR

Arvadını öldürdü, 17 yaşlı gəlinini döyə-döyə zorladı - Azərbaycanda dəhşətli cinayət + Video

“Uşağım xəstədir” deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da...

Zaqataladan Əhmədzadələrin pulunun üstünə pul yığan Məmməd Şitayev kimdir? - İTTİHAM

"Pullar nazir müavini Əli Abdullayevdədir"- Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf

Ekspertdən mənzili plana düşən şakinlərə xəbərdarlıq: - “Diqqətli olun, müqavilədə...”

FTX əməliyyat keçirdi, rayon başçısı və iri biznesmen Kərim Babayevin iki oğlu tutuldu - ÖZÜ AZƏRBAYCANA QAÇIB?

"Pullar nazir müavini Əli Abdullayevdədir" - Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf

Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib

Könüllü döyüşçülərin STATUS “DÜYÜNÜ”: - “Şəhid olanlara müvafiq status verilibsə, o zaman...”

Gəncənin icra başçısı ilə Nazim İbrahimov arasında Stefano Ricci qalmaqalı - İLGİNC

Ox yaydan çıxıb: Şahbaz Dilqəmlə bağlı DTX-ya müraciət etməlidir - Əgər özünə ƏMİNDİRSƏ...

Əlillik dərəcəsi düzgün təyin olmadığı üçün özünə xəsarət yetirmək istəyən şəxslə bağlı AÇIQLAMA (VİDEO)