reklam
» » Qazi Cahangirin həyatı təhlükədədir - MİLLƏT, DİQQƏT!!!

reklam

Qazi Cahangirin həyatı təhlükədədir - MİLLƏT, DİQQƏT!!!

Şəkildə gördüyünüz şəxs qazi Əliyev Cahangir Gülbala oğludur. Sumqayıtın Kotec qəsəbəsində yaşayır. 1999- cu il təvəllüdlü qazimiz Cahangir 03.04.2019- cu il tarixində hərbi xidmətə yola düşüb. Vətən torpaqları uğrunda ağır yaralanıb və Papanin Qospitalına yerləşdirilib, 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəf baş sümüyü sınıb və sınan sümük götürülüb.

Sol əlində tək baş barmaq qalıb, sağ əlinin də baş barmağı qopub. Çoxsahəli yanıq yaraları alıb. Bədəninin bel hissəsi yanıb, sağ hissəsi isə iflic olub. Bundan başqa, sağ gözü görmür, sağ qulağı eşitmir, sağ qolu hərəkət etmir, sağ ayağı öz funksiyasını yerinə yetirmir. Qorxulusu isə odur ki, 1 aydır Cahangirin müalicəsi dayandırılıb .

Həkimlərin valideynlərinə verdiyi məlumata görə o, Heydər Əliyev Fondu vasitəsilə Türkiyəyə gondərilib mualicəsini orda davam etdirməlidir. Amma bu bir ay müddətində heç bir xəbər yoxdur. Hər keçən gün isə Cahangirin əleyhinə ola bilər. Ailəyə bildiriblər ki, qazilər növbəli şəkildə xaricə müalicəyə göndərilir.

Lakin gənc qazimizin səhhəti gözləməyə imkan vermir. Burdan səlahiyyətli qurumlara üz tutub deyirik ki, onun təcili müalicəyə göndərilməsi lazımdır, əks halda gənc qazimiz həyatını itirə bilər.




Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 12:13
  


loading...
Загрузка...