reklam
» » Yalçın Rzazadə bu gün Lənkəranda dəfn olunacaq

reklam

Yalçın Rzazadə bu gün Lənkəranda dəfn olunacaq


Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

Mərhumun oğlu Orxan Rzazadə mətbuata açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman "Port İliç" qəsəbəsində torpağa tapşırılacaq.

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.


Paylaş:


Müəllif : Tarix:
23-02-2021, 11:57
  


loading...
Загрузка...