Sabah Novruzun ilk çərşənbəsidir

Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsidir.
Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37:00 ölkəyə qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 21-29 mart qeyri-iş günü olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2021, 11:59
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-02-2021, 11:59
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 17:46
Bu gün, 17:04
Bu gün, 16:14
Bu gün, 16:09
Bu gün, 14:06
Bu gün, 11:00
Bu gün, 10:58
Bu gün, 10:25
Bu gün, 09:25
Dünən, 23:13
Dünən, 19:44
Dünən, 17:44
Dünən, 17:43
Dünən, 15:38

"Müəllimlər üçün keçid ballarını aşağı salın, ÇOX ÇƏTİNDİR ..." - Vətəndaş DİM rəhbərinə MÜRACİƏT ETDİ

“RUSİYA PAŞİNYANI DEVİRMƏK ÜÇÜN DÜYMƏNİ BASDI...” – “Baş nazir qarşılığında çox cəsarətli addım atdı“

Məcburi köçkünlərə verilən yardımın bir hissəsi kəsilib - Rəsmi qurumlarsa təkzib edir...

Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb, 4 nəfər vəfat edib

İlham Əliyev Xankəndindən danışdı: “Artsax” adında dövlət yoxdur, olmayıb, olmayacaq da”

“Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir” - Ağdamda NARAZILIQ

İDDİA: Qasparyan qoşunları Qarabağa göndərəcəkmiş... - Ermənistanda hərbi çevrilişə cəhdin sirri açılır

Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam

Rusiyada iki məktəblini qaçıraraq dörd ilə yaxın bunkerdə saxlayan manyak azadlığa çıxır - FOTO

“Hərbçilərin maaşı ilə bağlı məsələ tezliklə həllini tapacaq” - Deputatdan mühüm AÇIQLAMA

Kremlin adamını Paşinyan niyə orduya rəhbər təyin edib? - Qasparyan haqda maraqlı məlumatlar

Bu il Bakı, Sumqayıt və Abşeronda İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək - MÜJDƏ

Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib