reklam
» » KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?

reklam

KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?


"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradovun yeyinti faktlarına görə həbsi Azərbaycanda korporativ idarəetmə prinsiplərinin işləmədiyini, səlahiyyət bölgüsünün ən yaxşı halda deklorativ xarakter daşıdığını bir daha göstərdi".

 Bunu tanınmış iqtisadçı Samir Əliyev korrupsiya cinayətlərinə görə vəzifəli şəxslərin həbs edilməsini dəyərələndirərkən bildirib.

Ekspert 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə iddiası ilə həbs edildiyini xatırladır: "Habuki hər üç dövlət qurumunun Müşahidə Şurası (MŞ) var və onun sədrin fəaliyyətinə nəzarət etmək öhdəliyi var. Ancaq baş verənlər göstərir ki, sədr vəzifəsini icra edən şəxs sərbəst şəkildə öz iradəsinə uyğun qərarlar verib. MŞ isə kənardan passiv müşahidə etməklə kifayətlənib".

S. Əliyev KİVDF-nin Nizamnaməsinə görə, MŞ-nin səlahiyyətlərini xatırladıb:

"- Fondun vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

- Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə, onun illik xərclər smetasının layihəsinə və balansına baxır;

- Fondun vəsaitindən istifadə edilməsi ilə bağlı Fondun İcraçı direktorunun illik hesabatlarına baxır və rəy verir və s.

Nizamnaməyə görə, Şura doqquz üzvdən ibarətdir. Onların 3 üzvü KİV-i, 3 üzvü jurnalist təşkilatlarını, 3 üzvü isə müvafiq dövlət orqanları təmsil edir.

Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Deməli, Şuranın ildə ən azı 4 dəfə icraçı direktordan hesabat tələb etmək imkanı olub. Görünür hər şey formal xarakter daşıyıb".

Ekspertin sözlərinə görə, Yeni yaradılmış Medianın İnkişafı Agentliyi korporativ idarəetmə prinsiplərinə əsasən qurulub.

"Söhbət kənar auditin MŞ tərəfindən seçilməsindən gedir. KİV DF-də auditi də icraçı direktor məyyənləşdirirdi. Agentlyin necə işlədiyini, korporativ idarəetmə prinsiplərinə nə dərəcədə riayət edəcəklərini isə zaman göstərəcək"-deyə Samir Əliyev vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
16-01-2021, 16:00
  


loading...
Загрузка...