Qubada 14 küçəyə Milli Qəhrəman və Vətən müharibəsi şəhidlərinin adları verilib - FOTOLAR

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzində abadlaşdırılan 32-33-cü məhəllə yaşayış massivində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, digərlərinə isə Vətən Müharibəsində şəhid olan qubalı hərbçilərdən Mehrab Niftəliyev, Şahin Allahyarov (Vətən Müharibəsi Qəhrəmanı), Səddər Piriyev, Samir Süleymanov, Rəvan Əliyev, Murad Həbibov, İsmət Əliyev, Surxay Mehdiyev, Bəşir Abasov, Tamerlan Əliyev, Əli İbrahimov, Musa Məhəmmədov və Çingiz Mustafayevin adları verilib. Artıq küçələrə adların yazıldığı lövhələr də vurulub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də iştirak edib. Şəhidlərin valideynləri və yaxınları ilə həmsöhbət olub, şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildirib.
Adları küçələrə verilən şəhidlərin valideynləri və yaxınları onlar üçün belə əlamətdar gündə respublika və rayon rəhbərliyinin yanlarında olmalarından məmnunluqlarını bildiriblər.
Qeyd edək ki, hazırda yaşayış massivində 22 küçə mövcuddur, küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2021, 22:23
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-01-2021, 22:23
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:23
Bu gün, 09:37
Bu gün, 08:55
Dünən, 17:06
Dünən, 16:19
Dünən, 15:18
Dünən, 15:17

Unudulmuş 60-a yaxın müəssisə, 40 minə yaxın insan... - "Onların səsi demək olar ki, eşidilmir"

LAVROVUN ÇAVUŞOĞLUNA BAKINI DA NARAZI SALACAQ CAVABI VƏ... – Rusiya Türkiyənin iradlarından narahat olub

Qarabağ müharibəsi iştirakçısı bələdiyyə sədrinin qanunsuz əməlləri barədə prezidentə şikayət etdi

Koronavirusun 3-cü dalğa təhlükəsi: Yenidən sərt karantin gözlənilir? - "2 həftədən sonra..."

Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”

SMS-icazə ləğv olub, avtobuslar isə hələ "qadağa altındadır": - “İnsanlar çörək qazanmaq üçün çıxmağa məcburdur”