reklam
» » Polad Həşimovla birgə vuruşan qazi: “Haqqımda yalan məlumat yayırlar, inanmayın” - TƏFƏRRÜAT

reklam

Polad Həşimovla birgə vuruşan qazi: “Haqqımda yalan məlumat yayırlar, inanmayın” - TƏFƏRRÜAT

Sosial şəbəkələrdə “YAŞAT” Fondundan Tovuz döyüşlərində yaralanmış qaziyə müalicəsi ilə bağlı vəd verildiyi halda, heç bir addım atımamasını bildirən iddialar yayılıb. Söhbət Tovuz rayon Əlibəyli kənd sakini kürəyindən qəlpə yarası alan qazimiz Nəsirov Kənan Füzuli oğlundan gedir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən qazi K. Nəsirov bildirib ki, yayılan iddialar əsassızdır:
“Mənə gün ərzində 4-5 dəfə “”YAŞAT” Fondundan zəng vururlar. Hal-hazırda Mərdəkan Müalicə Pansionatında reabilitasiya müalicəsi alıram. Bundan sonra isə daha 20 gün Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda(MİTRİ) müalicə olunacağam. Mənim özüm şəxsən “Medera” hospitalın həkimləri ilə danışmışam və bildiriblər ki, “YAŞAT” Fondu müalicəmi öz üzərinə götürüb. Fondun əməkdaşları həmin hospitalda məni müalicə edən Ramazan həkimlə belə danışıblar. Haqqımda sosial şəbəkələrdə yalan məlumatlar yayırlar, inanmayın”.
Qazimiz bildirib ki, Polad Həşimovla çiyin-çiyinə vuruşub:
“Mən Polad Həşimovla birgə vuruşmuşam, o şəhid olub, mən yaralanmışam”.
Qeyd edək ki, jurnalist Xatun Etibarqızı “YAŞAT” Fondunun Nəsirov Kənana “Medera” hospitalında müalicə olunacağı ilə bağlı vəd versə də, bunun heç bir əsası olmadığını iddia edib. Belə ki, o, “Medera” hospitalın rəhbərliyi ilə əlaqə saxladığını və onların bu məlumatı təkzib etdiyini iddia edib.




Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 16:42
  


loading...
Загрузка...