reklam
» » Rəmişə qaraciyər köçürüləcək - Video

reklam

Rəmişə qaraciyər köçürüləcək - Video


Xalq artisti Rafiq Hüseynova (Rəmiş) qaraciyər köçürüləcək.
Bu barədə sənətçinin həkimi Nuru Bayramov məlumat verib. ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramına telefonla qoşulan həkim qeyd edib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:
“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək. Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.
Həmin görüntüləri təqdim edirik:



Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 11:00
  


loading...
Загрузка...