“AzəriMed” QSC-nin əməkdaşı şəhid olub

“AzəriMed” QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı.
Dəyərli əməkdaş kimi bizim xatirələrimizdə, Əsgər, vətən övladı kimi bizim ürəklərimizdə hər zaman yaşayacaqsan!
Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağrılması prosesinə “AzəriMed” QSC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulmuşdular.
Qısa müddət ərzində şirkətimizin ayrı-ayrı bölmələrindən, ümumilikdə 48 əməkdaş könüllü və rəsmi çağırışçı kimi səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrə yola düşdülər.
“AzəriMed” QSC daimi olaraq döyüşlərdə iştirak edən əməkdaşları ilə əlaqə saxlayır və maraqlanır, ailələrinə və yaxınlarına isə qayğı göstərir, dəstək durmağa çalışır. Şirkətin bu təşəbbüsü hətta müharibə bitdikdən sonra da davam edir. Hər bir əməkdaşımızdan aldığımız xoş xəbər bizə sevinc və qürur hissi bəxş edir.
Lakin Vətən müharibəsi itkisiz olmur...
Döyüşlər başlayan gündən ordu sıralarına çağrılan İlkin Ağakişiyev də “AzəriMed” QSC-nin dəyərli və doğma üzvlərindəndir. Müharibə bitdikdən sonra ondan xəbər almaq mümkün olmadı, doğma kollektivi, ailəsi, yaxınları hər saat, hər gün onun haqqında məlumat gözləyirdi. Bu günlərdə gələn xəbər isə şirkətin hər bir əməkdaşını üzdü…
Ağır döyüşlərdə iştirak edən İlkin, vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. İlkin hər zaman AzəriMed QSC kollektivinin qəlbində dəyərli, doğma, igid və cəsur əməkdaş kimi yaşayacaqdır.
Allah sənə rəhmət eləsin!
Şəhadətin mübarək, İlkin!
“AzəriMed” QSC kollektivi səninlə fəxr edir, qürur duyur!
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2020, 15:04
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2020, 15:04
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:05
Dünən, 18:40
Dünən, 17:34
Dünən, 16:26
Dünən, 14:31
Dünən, 12:35
Dünən, 10:04
21-01-2021, 23:26
21-01-2021, 21:14
21-01-2021, 18:45
21-01-2021, 17:24
21-01-2021, 17:23
21-01-2021, 17:22
21-01-2021, 16:42

“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” – Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR