reklam
» » Sabah hava necə olacaq?

reklam

Sabah hava necə olacaq?


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 5-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.


Paylaş:


Müəllif : Tarix:
4-12-2020, 13:51
  


loading...
Загрузка...