reklam
» » Elə ki, yağış yağır, yollar iflic olur – Kimdir müqəssir?

reklam

Elə ki, yağış yağır, yollar iflic olur – Kimdir müqəssir?


Gündən-günə abadlaşan Bakı küçələri göz oxşasa da, azacıq yağışın yağması ilə çoxsaylı problemlər yaranır. Bəzi yollar yenicə təmirdən çıxsa da, onlarda çökmələr, çatlar və bu kimi müxtəlif problemlər müşahidə olunur.

Xüsusən də, Bakı ətrafı qəsəbələrdə yağışın fəsadları daha ciddi olur. Dağılan yollarla şütüyən avtomobillərə də ciddi ziyan dəyir. Bəs bu "Venesiya”ların yaranma səbəbləri nədir?

Sualımızı cavablandıran sosial məsələlər üzrə ekspert İlqar Hüseynli "Sherg.az”a açıqlamasında bildirib ki, problemin səbəbi sosial məsələlərin həlli ilə məşğul olan istər bələdiyyə, istərsə də icra hakimiyyəti orqanlarının məsuliyyətsizliyidir:

"Bu, hər il baş verən, daim mövcud olan problemdir. Məmur özbaşınalığı üzündən ölkə vətəndaşı çarəsiz durumdadır. Kanalizasiya sistemləri bərbad gündədir, yığılan suları çəkmək gücündə deyil.

Bələdiyyələr Xırdalan, Abşeron ərazisində olan torpaqları heç bir plana uyğun olmadan, öz istəyinə uyğun olaraq satıb. Vətəndaşlar da 1 sotun içində 2 ev, 2 sotun içində 4 ev tikdikləri üçün əvvəlki kanalizasiya sistemləri yüklənib, yenisini də quran yoxdur.

Bələdiyyəyə bununla bağlı müraciət edəndə deyir: "Mənim büdcəmdə, ümumiyyətlə, vəsait yoxdur".

Qısaca, şəhərsalma və arxitekturanın kortəbii surətdə pozulması problemi dərinləşdirib.

Bunun üçün yenidən kanalizasiya sistemləri qurulmalı, asfalt örtüyü bərpa olunmalı, bir sözlə, yeni salınmış yaşayış ərazilərində yeni infrastruktur yaradılmalıdır. Əks halda problem ömürlük davam edəcək".


Paylaş:


Müəllif : Tarix:
1-12-2020, 17:14
  


loading...
Загрузка...