reklam
» » Azad edilən ərazilərə investorların cəlb edilməsinə dair DAHA BİR ADDIM

reklam

Azad edilən ərazilərə investorların cəlb edilməsinə dair DAHA BİR ADDIM

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə Qırğızıstan Respublikasının ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Lou Muhammed arasında onlayn görüş keçirilib.

AZPROMO-dan verilən məlumata əsasən, görüşdə ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.

Müvəqqəti işlər vəkili Lou Muhammed Qırğızıstanın Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə əlaqələrin qurulması, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Paylaş:


Müəllif : Tarix:
1-12-2020, 16:06
  


loading...
Загрузка...