Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı - Foto

2014-cü ildən erməni girovluğunda saxlanılan Dilqəm Əsgərova məxsus dəftər Şuşa qalasından tapılıb.
Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
K.Əsgərov deyib ki, hazırda Şuşada olan hərbçilərdən atasına aid bir nişan tapmağı xahiş edib:
“Bildiyiniz kimi, ordumuz Şuşaya girənə qədər atamgil Şuşa qalasında saxlanılıb. Hazırda orada olan hərbçi dostlardan xahiş etdim ki, qalaya daxil olarkən atama məxsus olan paltar, yaxud hansısa əşya olsa, mənə xəbər etsinlər. Sağ olsunlar, əsgərlərimiz oradan mənə bir şeir dəftəri tapdıqlarını dedilər. Əlyazısından atama məxsus olduğuna əminəm. Ordan dəftərin şəklini çəkib mənə atdılar. İndi məlum olur ki, atam orda olanda şeir yazırmış”.
K.Əsgərov Modern.az-a açıqlamasında deyib ki, sözügedən dəftər hələ ki hərbçilərimizdədir.
Qeyd edək ki, ordumuz Şuşaya daxil olmazdan bir neçə gün əvvəl erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağdan Ermənistana köçürülüb.

Paylaş:
Müəllif : Fuad
Tarix:30-11-2020, 16:24
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-11-2020, 16:24
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 19:21
Bu gün, 16:47
Bu gün, 16:04
Bu gün, 14:23
Bu gün, 10:49
Bu gün, 09:25
Dünən, 18:13

“Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri... - Politoloqdan AÇIQLAMA

“Əfvlə bağlı şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılacaq” - AÇIQLAMA

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir — Hafiz Hacıyevdən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb - RƏSMİ

“Şərurlu İsfəndiyar” haqqında ŞOK İTTİHAM - "...o, mənə çirkin təkliflər etməyə başladı"

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları - “QAPINI SINDIRMAQ ÜÇÜN 6-7 SAAT ÇALIŞDILAR, İÇƏRİ GİRƏN KİMİ...”