Füzulidə minaya düşərək həlak olan mülki şəxslərin meyitləri təhvil verilib - FOTO

2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının cəsədləri ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşdüyü məlum olmuşdur.
Agentlik tərəfindən bir daha bildirilib ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır.

Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2020, 22:32
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-11-2020, 22:32
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 21:02
Bu gün, 17:18
Bu gün, 15:23
Bu gün, 09:37
Bu gün, 08:55

ERMƏNİLƏRİN ARZULADIQLARI BAYDEN - “Mümkündür ki, o, Ermənistanla münasibətlərə yenidən baxsın, lakin...”

Azərbaycan Texnologiya Universitetində müqavilə "torbası" - Rektorun qərəzli kadr siyasəti

Unudulmuş 60-a yaxın müəssisə, 40 minə yaxın insan... - "Onların səsi demək olar ki, eşidilmir"

LAVROVUN ÇAVUŞOĞLUNA BAKINI DA NARAZI SALACAQ CAVABI VƏ... – Rusiya Türkiyənin iradlarından narahat olub