MÜLKİ İŞĞALÇILARIN LAÇINDAN KÖÇÜ DAVAM EDİR - "Onlar hər şeyi sökür, dağıdır, yandırırlar" + FOTOLAR

10 noyabr üçtərəfli razılaşması əsasında dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılacaq Laçından işğalçı ermənilərin köçü davam edir. Virtualaz.org xəbər verir ki, on illərdir bu torpaqlarda qanunsuz məskunlaşan, qovub çıxardıqları azərbaycanlıların evlərinə doluşub yaşayan ermənilər-mülki geyimli işğalçılar daha əvvəl Kəlbəcər və Ağdamdan köçəndə etdiklərini burada da təkrar edirlər.
Xarici KİV-lər onların Laçında əllərinə keçəni daşıyıb apardıqlarını və geridə qalanlara od vurduqlarını yazır. Bu, əsrlərdir dəyişməyən erməni xisləti, xəstəliyi və vandalizmidir.

“Daily Storm” yazır ki, Laçın rayonunun dəhlizə yaxın yerləşən Qarıqaya kəndində yaşayan ermənilər evləri, mağazaları dağıdıb yandırır və regionu tərk edir. Onların bir çoxu Yerevandakı qohumlarının yanına üz tutur, amma deyirlər ki, koronavirusa görə Gürcüstan sərhədi bağlamasaydı rədd olub Rusiyaya yaşamağa gedərdilər. Çünki Ermənistanın özündə də dolanışıq, perspektiv görmürlər.

Kənddə indiyədək qanunsuz yaşayanlar günlərdir söküntü işləri ilə məşğuldur-onlar hər şeyi sökürlər və daşıyırlar, hətta döşəmə laminatını və paslı boruları belə. Və söküntü işlərini başa çatdırandan sonra evlərə od vururlar. Bildirilir ki, təkcə ötən gün noyabrın 26-da Qarıqayada 5 ev yandırılıb.
Laçın şəhərinin özündə də hazırda çox az erməni qalıb. Onlar işğal etdikləri şəhərin Azərbaycanın nəzarətinə qaytarılacağı haqda xəbərlər eşidəndən sonra köçməyə başlayıblar.

Paylaş:
Müəllif : Fuad
Tarix:27-11-2020, 16:36
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-11-2020, 16:36
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:39
Bu gün, 10:35
Dünən, 14:17
Dünən, 09:05
22-01-2021, 18:40
22-01-2021, 17:34
22-01-2021, 16:26
22-01-2021, 14:31
22-01-2021, 12:35

“2021 PUTİN ÜÇÜN MÜRƏKKƏB İL OLACAQ...” – “Artıq rusiyalılara təklif edəcək bir şeyi yoxdur”

Gorus yolunda Azərbaycan ordusunun hərbi konvoyunu erməni polisi müşayiət edir - Reportaj

"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"

“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” – Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb