reklam
» » Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!

reklam

Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!

2001-ci il təvəllüdlü Tərlan Elçin oğlu Kərimduxt Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.
Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirən Tərlan, Yeniavaz.com-a yaralanması və hazırkı vəziyyətilə bağlı məlumat verib:
“Ağdərə istiqamətində gedən döyüşlərdə minaatan mərmisinin yanımıza düşərək partlaması nəticəsində ağır yaralanmışam. Yanvar çağırışçısıyam, əsgərəm. Müddətli ön xətdə xidmət edirdim, bu borcumuzdur. İki ayağım dizimə qədər qəlpədir. Həkimlər 10-a yaxın qəlpə çıxardıblar, lakin hal-hazırda ayağımda 20-yə yaxın qəlpə qalıb. Sağ əlimin 2 barmağı sınıb. Vətərləri əzilib, tikiş qoyulub. 1 barmağım çatlayıb, əlim gipsdədir. Əlimdə də qəlpələr qalıb. Qarnımda da çox saylı qəlpə yaraları var. Dalağım tamamilə yararsız hala düşdüyü üçün çıxarıblar. Bağırsağım zədələnib. Bağırsağımdan ölçüsünü dəqiq bilmirəm, amma neçə metrsə kəsilib. İndi bağırsağım çöldədir. 2-ci əməliyyatda bağırsağımı içəri salacaqlar. Qarın hissəmdə də 2 yerdə qəlpə var. Yerini dəqiqliklə bilməsəm də, həkimlər onların çıxarılmasının riskli olduğunu deyir”.
5 nəfərdən (nənə, baba, ata, Tərlan, qardaşı Elvin) ibarət Kərimduxt ailəsi hazırda Sumqayıt şəhər H. Zeynalabdin qəsəbəsində yerləşən Xəzri qəsəbəsi, Ceyranbatan küçəsi, ev 129 ünvanında məskunlaşıblar. Ailədə heç kəs işləmir. Yeganə gəlir mənbələri nənə, babanın təqaüdüdür. Maddi cəhətdən ailəyə yardım etmək istəyənlər üçün qazinin telefon nömrələri və qardaşı Elnur Kərimduxtun adına olan kart təqdim olunur:
“055) 873-08-67, (070) 405-11-57









Paylaş:


Müəllif : Tarix:
27-11-2020, 14:17
  


loading...
Загрузка...