“Milli Məclis də Prezidentlə bərabər məsuliyyəti bölüşsün” – Qüdrət Həsənquliyev amnistiya təklif edir

“Biz qanun layihəsini üçüncü oxunuşda qəbul edirik. Yəqin ki, cənab Prezident bu qanunu imzalayandan sonra tezliklə Vətən Müharibəsində qalib gəlmiş bizim zabit və əsgərlərimiz təltif olunacaqlar. Amma xalqımızdan bir sifariş də var ki, bu möhtəşəm qələbə münasibətilə Milli Məclis amnistiya aktı qəbul eləsin”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsi zamanı səsləndirib.
Millət vəkili “hesab edirəm ki, Azərbaycan Prezidenti ilə bu istiqamətdə məsləhətləşmələr aparılmağına dəyər”, - deyə əlavə edib. “İkinci bir məsələ də Vətən Müharibəsi ilə bağlıdır. Bu da onunla əlaqədardır ki, Fransa və Fransa kimi ölkələrdə internet televiziyalar vasitəsilə bu tipli təbliğat aparılır ki, Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinin heç bir hüquqi əsası yoxdur. Mən mətbuatda bununla bağlı açıqlama vermişdim və söyləmişdim ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanunun 4.4-cü maddəsinə görə, Azərbaycan Respublikası xarici ölkələri sülhməramlı əməliyyatlar üçün Azərbaycana dəvət edə bilər. Bununla bağlı həm ayrı-ayrı dövlətlərə, həm də beynəlxalq təşkilatlara müraciət edə bilər. Həm də bizim 2010-cu ildə qəbul olunmuş hərbi doktrinaya görə, hərbi-siyasi vəziyyət tələb edərsə, yenə də Azərbaycanda xarici hərbi iştiraka icazə verilir. Amma burada problem onun həyata keçirilməsi mexanizminin olmaması ilə bağlıdır. Ona görə də, Sahibə xanım, mən xahiş edirəm ki, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinə bu istiqamətdə iş aparılması üçün tapşırıq verəsiniz. Orada bunun həyata keçirilməsi mexanizmi öz əksini tapsın. Ya da ki, biz ümumiyyətlə Azərbaycan Respublikasında sülhməramlıların iştirakı və hüquqi statusu haqqında ya ayrıca qanun qəbul edək, ya da öncə qeyd etdiyim qanunda müvafiq dəyişikliklər edilsin. Hesab edirəm ki, biz, xaricə sülhməramlılar göndərəndə Milli Məclisin icazəsini aldığımız kimi, ölkəyə dəvət olunanda da Milli Məclisin icazəsini almalıyıq. Milli Məclis də Prezidentlə bərabər məsuliyyəti bölüşsün”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2020, 22:44
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-11-2020, 22:44
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:05
Dünən, 18:40
Dünən, 17:34
Dünən, 16:26
Dünən, 14:31
Dünən, 12:35
Dünən, 10:04
21-01-2021, 23:26
21-01-2021, 21:14
21-01-2021, 18:45
21-01-2021, 17:24
21-01-2021, 17:23
21-01-2021, 17:22
21-01-2021, 16:42

“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” – Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR