Bu gün SMS icazə bərpa olunacaq? - AÇIQLAMA

Son günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasının dəyişənlər araslnda kəskin artım müşahidə olunur.
Son məlumata görə, koronavirus infeksiyasına 3646 yeni yolub, analiz nümunələri müsbət çıxan daha 34 nəfər isə vəfat edib.
Bəs, bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Yenidən SMS icazənin tətbiqinə ehtiyac varmı?
Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə yoluxma sayının daha da artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib:
"Əlbəttə, əgər yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcədə SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq".
Millət vəkili ictimai nəqliyyatda olan sıxlığa da münasibət bildirib:
"Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün birincisi, Bakı Nəqliyyat Agentliyi ehtiyatında olan bütün avtobusları reysə buraxmalıdır.
İkincisi, bir sıra dövlət və özəl təşkilatlar var ki, onlar müəyyən avtobuslara sahibdir. Həmin şirkətlər metro açılana qədər sözügedən avtobusları ya reysə buraxmalıdır, ya da ən azından şirkətin (İdarənin) əkdaşlarının işə gedib-gəlməsi üçün ayırmalıdır. İstər bu avtobuslar ödənişli olsun, istər ödənişsiz, hər bir halda nəqliyyatdakı sıxlığı azaltmaq üçün mütləq nəsə etmək lazımdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2020, 12:18
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2020, 12:18
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:10
Bu gün, 10:46
Dünən, 18:20
Dünən, 18:20
Dünən, 17:25
Dünən, 16:00
Dünən, 15:59
Dünən, 13:57
Dünən, 11:45
15-01-2021, 19:59
15-01-2021, 17:53

AZƏRBAYCANA GƏTİRİLƏN PEYVƏNDİN ÖZƏLLİKLƏRİ - Vaksin virusa qarşı necə immunitet yaradır?

“AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR” – Çavuşoğlunun dediklərinə Bakıdan reaksiyalar

Ermənipərəst rus jurnalisti mükafatlandırılıb - Qarabağdan provakativ məlumatlar yayırdı

Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı

KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar

COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb - Diqqət!

"QARABAĞA SƏFƏRLƏRƏ AZƏRBAYCAN İCAZƏ VERMƏLİDİR!" - “Siz sülhməramlısınız, qərar verməyin məsuliyyəti sizdə deyil” dedik"