Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi R.Cəlilovun və mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun yazılı mülahizələrini, ekspert - Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.
İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyənləşdirilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2020, 19:20
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-11-2020, 19:20
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:02
Bu gün, 10:39
Bu gün, 10:35
Dünən, 14:17
Dünən, 09:05
22-01-2021, 18:40
22-01-2021, 17:34
22-01-2021, 16:26

RUSİYADA ETİRAZLARIN PƏRDƏARXASI - Navalnı faktoru və Qərbin təzyiqlərindən daha fundamental səbəblər var...

“2021 PUTİN ÜÇÜN MÜRƏKKƏB İL OLACAQ...” – “Artıq rusiyalılara təklif edəcək bir şeyi yoxdur”

Gorus yolunda Azərbaycan ordusunun hərbi konvoyunu erməni polisi müşayiət edir - Reportaj

"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"

“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” – Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"