reklam
» » Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır - Erməni deputat xəbərdarlıq edir

reklam

Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır - Erməni deputat xəbərdarlıq edir


“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar".

“Report” xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan bildirib.

"Onlar (Ermənistan hakimiyyəti - red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, - müxalif siyasətçi deyib.

Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar", - o vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
21-11-2020, 09:45
  


loading...
Загрузка...