reklam
» » BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydı

reklam

BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydı


“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasına görə şoka düşmüş və sarsılmışam”.
 Bunu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Ermənistan ordusu tərəfindən kaset bombalarla Bərdə şəhərinə hücum nəticəsində 39 yaşlı könüllünün ölümünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, humanitar təşkilatlar hədəf deyil.
F.Rokka erməni terrorunun qurbanının ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Shocked and appalled by the killing of one of @AzRedCrescent volunteer in Barda, #Azerbaijan, while he was delivering aid to civilians. Humanitarian are #NotATarget. My thoughts and condolences to his beloved. https://t.co/UO4FTEuECa
— Francesco Rocca (@Francescorocca) October 28, 2020
 

 




Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 15:49
  


loading...
Загрузка...