reklam
» » Bərdə Olimpiya İdman Kompleksi ermənilərin atəşi nəticəsində tam yararsız hala düşdü - FOTO

reklam

Bərdə Olimpiya İdman Kompleksi ermənilərin atəşi nəticəsində tam yararsız hala düşdü - FOTO

 
Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb.
Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülki obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.
Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq,  ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.  
Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

 










Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 13:16
  


loading...
Загрузка...