reklam
» » “Tərtərə gedirik, atırlarsa, atsınlar” - Prezidentin köməkçisi

reklam

“Tərtərə gedirik, atırlarsa, atsınlar” - Prezidentin köməkçisi


“Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar”.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib.

O bildirib ki, düşmən döyüş meydanından qaçır:

“Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”.

H. Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?

Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 12:56
  


loading...
Загрузка...