reklam
» » Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb

reklam

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb


“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan

Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1

nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi

yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin

görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının

Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində

yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması

məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin

rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr

tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin mətnində “2 noyabr” sözləri “1 dekabr”

sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci və 1.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada

verilsin:

“1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan

şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa,

Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı

rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək,

2

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat

00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan

30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin

dayandırılması;

1.2.5. 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək,

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat

00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan

30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin

dayandırılması;”.

3. Bu Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.


Paylaş:


Müəllif : Tarix:
28-10-2020, 17:19
  


loading...
Загрузка...