reklam
» » “Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” - İcra başçısı

reklam

“Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” - İcra başçısı


Xəbər verdiyimiz kimi artıq Şanlı Azərbaycan Ordusu Qarabağ torpaqlarının hər bir qarışını azad edə-edə gün-gündən irəliləyir. Təbii ki, Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu əks-hücum əməliyyatlarına Azərbaycan xalqı da sevinir və prezidentinin, ordusunun yanında bir yumruq kimi birləşdiriyini bütün dünyaya bəyan edir.

Şuşa Rayon İcra Hakimiyyətnin başçısı Bayram Səfərov Moderator.az-a açıqlamasında ordumuzun uğurlarına sevindiyini və doğulduğu Şuşa şəhərinin işğaldan azad olunma xəbərini ona deyən adama muştuluq verəcəyini bildirib:

“Otuz ildir ki, biz torpaqlarımızın işğaldan azad edilmə xəbərini gözləyirdik. Yaşayırdıq ki, bu günlərimiz nə vaxt olacaq. Sağ olsun, var olsun Azərbaycan Ordusu, sağ olsun, var olsun Azərbaycan Ordusunu o səviyyəyə çatdıran Ali Baş Komandan. Bütün şuşalılar və öz adımdan Ali Baş Komandanımıza təşəkkür edirəm, can sağlığı arzulayıram, Allahdan onun ömürlük Azərbaycan prezidenti olmasını arzu edirəm. Allah əsgərlərimizi, zabitlərimizi, generallarımızı qorusun. Şuşanın işğaldan azad olunma xəbərini mənə verən adam isə gözəl bir hədiyyə muştuluq verərəm”. (Gülür)


Paylaş:


Müəllif : Tarix:
20-10-2020, 09:27
  


loading...
Загрузка...