reklam
» » “Regionun və dünyanın səbir kasası dolub” - İrandan Ermənistana sərt xəbərdarlıq

reklam

“Regionun və dünyanın səbir kasası dolub” - İrandan Ermənistana sərt xəbərdarlıq

"Ermənistanın Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu kəskin şəkildə qınayırıq".

Bunu İran parlamentinin ictimai komitəsinin sədr müavini Vəli İsmaili deyib.

V.İsmailinin sözlərinə görə, Ermənistanın bu hücumu nəticəsində mülki vətəndaşlar və uşaqlar həlak olub.

O, artıq regionun və dünyanın azadlıq sevərlərinin səbir kasasının dolduğunu vurğulayıb.

Qeyd edib ki, beynəlxalq dairələrin bu hərbi cinayət qarşısında susmaları təəssüf doğurur.


Paylaş:


Müəllif : Tarix:
19-10-2020, 12:10
  


loading...
Загрузка...