reklam
» » Son statistika: 528 yoluxma, 103 sağalma, 2 ölüm

reklam

Son statistika: 528 yoluxma, 103 sağalma, 2 ölüm


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.


Paylaş:


Müəllif : Tarix:
17-10-2020, 15:48
  


loading...
Загрузка...