reklam
» » “Sürünə-sürünə olsa da, özümü Şuşaya çatdıracam” - Xaricdə yaşayan Milli Qəhrəman

reklam

“Sürünə-sürünə olsa da, özümü Şuşaya çatdıracam” - Xaricdə yaşayan Milli Qəhrəman


Azərbaycan Milli Qəhrəmanı, keçmiş “Qurtuluş” batalyonunun komandiri, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü Şahin Tağıyev Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində yardım edib.

QAT-dan Modern.az-a verilən məlumata görə, hazırda İsveçdə mühacirətdə yaşayan Şahin Tağıyev bildirib:

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşmənə qarşı açıq müharibəyə başlamasını alqışlayır, təşəkkür edir, rəşadətlə vuruşan Azərbaycan Ordusu, əsgər və zabitləri ilə fəxr edirəm. Səhhətimlə əlaqədar gələ bilmirəm, amma ürəyimlə, canımla xalqımla birlikdəyəm. Bu cüzi vəsaiti köçürməklə ürəyim biraz rahat oldu. Qələbə günü sürünə-sürünə olsa da, özümü oraya, ata yurdum Şuşaya çatdıracam”.


Paylaş:


Müəllif : Tarix:
16-10-2020, 12:56
  


loading...
Загрузка...