reklam
» » “Nüvədi batalyonu” da döyüşə hazırdır – Ali Baş Komandana müraciət

reklam

“Nüvədi batalyonu” da döyüşə hazırdır – Ali Baş Komandana müraciət


“Nüvədi batalyonu” da Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etməyə hazırdır.

Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib. “Nüvədi kəndi Ermənistandan ən sonda çıxan kənddir. “Nüvədi batalyonu” 1988-ci ildən 1991-ci il avqustun 8-nə qədər kəndin müdafiəsi uğrunda döyüşüb. 1991-ci ildən 1993-cü il oktyabrın 29-na qədər isə batalyon Zəngilanın müdafiəsində dayanıb. Batalyon onlarla şəhid versə də, ermənilərə qarşı şücaətlə vuruşub”, - deyə keçmiş icra başçısı bildirib.

O, eyni zamanda saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edib: “Cənab Prezident, cənab Ali Baş Komandan, mən sizə bir nüvədili kimi müraciət edərək bildirirəm ki, bu gün mən də daxil “Nüvədi batalyonu” Qarabağda gedən döyüşlərdə iştirak etməyə hazırdır. Mən Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmişəm. Daha sonra hərbi toplanışa cəlb olunmuşam. Ehtiyatda olan leytenantam, ixtisasca artilleriyaçıyam. Bu gün sizin əsgəriniz kimi torpaqlarımızı işğaldan azad etmək uğrunda ön cəbhədə döyüşməyə hazıram”.

 


Paylaş:


Müəllif : Tarix:
1-10-2020, 13:07
  


loading...
Загрузка...