reklam
» » İrəvanda yaşayan kürd deputat Azərbaycan və Türkiyəyə qarşı çıxdı

reklam

İrəvanda yaşayan kürd deputat Azərbaycan və Türkiyəyə qarşı çıxdı


Türkiyə, Suriya və İraq kürdləri Ankara və Bakının erməni xalqına qarşı planlarına müqavimət göstərməlidirlər.

Bunu Ermənistan parlamentinin təcili iclasında kürd icmasının deputatı Knyaz Həsənov söyləyib.

Türkiyə Tavuş bölgəsindəki qarşıdurma zamanı açıq şəkildə Azərbaycanın ermənifobiyasına dəstək verib. İlk günlərdən bu ölkənin rəhbərliyi hər zaman Azərbaycanı dəstəkləyəcəklərini deyib.

“Türk hakimiyyət orqanlarının davranışlarını və Azərbaycanın təcavüzkarlığını (Təcavüzkar çörəyini yediyin ERMƏNİSTANDIR!!!) qınayırıq. Erməni xalqına dəstəyimizi bildiririk və həmişə ermənilərin yanında olacağıq. Türkiyə, Suriya və İraqdakı soydaşlarımı erməniləri dəstəkləməyə, Ankara və Bakının hədəflərinə qarşı çıxmağa çağırıram” deyib.

Xatırladaq ki, sentyabrın 27-də ermənilər işğal edilən torpaqlarımızın təmas xəttində yerləşən kəndlərimizi intensiv artilleriya atəşinə məruz qoyub. Nəticədə Azərbaycan ordusu bütün cəbhə boyunca əks-hücuma keçib.

Haşiyə: Milliyətindən asılı olmayaraq Azərbaycan və Türkiyənin haqq işinə qarşı çıxanlar ermənilər kimi bizim düşmənimiz sayılır. Azərbaycan ictimaiyyəti bu həqiqətləri dərk etməli və yaxın gələcəkdə QARABAĞ QƏLƏBƏSİndən sonra kimə yenidən dost, kimə düşmən deməyi yüz dəfə ölçüb biçməlidir. Knyaz Həsənovun “Suriya və İraq kürdləri” ifadəsi isə bir daha sübut edir ki, işğal ərazilərimizdə Azərbaycana qarşı döyüşən ermənilər arasında xeyli sayda PKK-lı da var.


Paylaş:


Müəllif : Tarix:
28-09-2020, 23:03
  


loading...
Загрузка...