reklam
» » 400 minlik toyla gündəmə gələn cütlük rəsmən boşandı

reklam

400 minlik toyla gündəmə gələn cütlük rəsmən boşandı


Bir müddətdir Bakı Lift İdarəsinin sabiq  direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın həyat yoldaşı Oqtay Əhmədovdan boşanması xəbəri gündəm olub. 
A.Şükürova ikinci həyat yoldaşından rəsmi şəkildə boşanıb. 
Bu haqda O.Əhmədov sosial şəbəkə hesabında məlumat verib:
"Bu gündən etibarən artıq boşanmağımız təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Nə xəyanət olmuşdu, nə də başqa bir şey. Şər-böhtan atıldı, keçdim. Haqqımda sosial şəbəkədə paylaşım olsa, ayrılmağımızın səbəbini açıqlayacam. Ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı və günahım olmaya-olmaya razı oldum”.
O, ailəsini geri qaytarmaq üçün çox cəhd etdiyini, lakin Ayselin razılaşmadığını qeyd edib: 
“Tək istədiyim ailəmi geri qaytarmaq idi. Bunun üçün çox cəhd etdim, təəssüf ki, o razılaşmadı. Mən sevgimi və ailəmə verdiyim dəyəri beş il əvvəl və evlilik dövründə də sübut etmişəm. Ona görə də günlərdir ki, susuram. Və əsl səbəbini açıqlamıram. Tək istəyim mənə şər-böhtan atılmasın. Daha bu ailə yoxdur. Mənə bu barədə heçn ə yazmayın, nə də video, şəkil göndərməyin”. 
Xatırladaq ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var. Cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub.






 



Paylaş:


Müəllif : Tarix:
25-09-2020, 10:39
  


loading...
Загрузка...