reklam
» » Bakıda 5 midən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib

reklam

Bakıda 5 midən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladını məktəbə göndərməyən valideynlərin sayı 5 262 nəfərdir.

Bu barədə BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir:

“V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb. Övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlər məktəbə yaxınlaşaraq xüsusi iltizam forması imzalayıblar. İltizam imzalayanların sayı 5 262 nəfərdir. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir.


Paylaş:


Müəllif : Tarix:
22-09-2020, 11:17
  


loading...
Загрузка...