reklam
» » Vəkillik statusu ləğv olunan Paşayevdən - Açıqlama

reklam

Vəkillik statusu ləğv olunan Paşayevdən - Açıqlama


Xəbər verdiyimiz kimi, Şimali Osetiya Vəkillər Palatası azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib.

Moskvada ölümlə nəticələnən yol qəzası törətmiş aktyor Mixail Yefremovun keçmiş vəkili olan Paşayev statusu alındıqdan sonra jurnalistlərə ilk açıqlamasını verib. O, bir il sonra yenidən vəkillik fəaliyyətinə qayıtmaq niyyətində olduğunu deyib:

“Əvvəlcədən də demişdim ki, vəkillik statusuma xitam veriləcək, ifadələrim qəti idi. Ancaq statusumun ləğv olunmasına layiq deyildim. Qanunda xəbərdarlıq, töhmət nə üçün var? Ancaq yenə də mən Osetiya Respublikasının xalqını sevməyi dayandırmayacam. Mən sizinlə fəxr etdim, fəxr edirəm. Sizi əmin edirəm, bir il sonra onsuz da bu palataya qayıdacam”.

“RİA Novosti” xəbər verir ki, E.Paşayev bundan sonra məşğul olacağı işlərdən də danışıb.

“İşlərimlə məşğul olmağa davam edəcəm – mülki, arbitraj, ailə məsələləri. Bunun üçün vəkil statusu tələb olunmur. Fəaliyyətimə davam edəcəm. Bilirsiniz, vəkil statusu ilə çox şeyi danışmaq olmazdı. Statusum ləğv olundu – daha bir il dilim sərbəst olacaq”.



Paylaş:


Müəllif : Tarix:
18-09-2020, 20:23
  


loading...
Загрузка...