reklam
» » Xarkovun meri Navalnının müalicə aldığı xəstəxanaya aparıldı - Vəziyyəti ağırdı

reklam

Xarkovun meri Navalnının müalicə aldığı xəstəxanaya aparıldı - Vəziyyəti ağırdı

Ukraynanın Xarkov şəhərinin meri, bu günlərdə koronavirusa yoluxan Gennadi Kernes təcili surətdə Berlinin Şarite xəstəxanasına aparılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Xarkov şəhər şurasının mətbuat katibi Yuri Sidorenko jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə ukraynalı meri xüsusi kapsulda Almaniyaya çatdırıblar. Uçuş zamanı Gennadi Kernesin huşu özündə olub və onunla birlikdə ən yaxın qohumları gedib.
Qeyd edək ki, bundan öncə Gennasi Kernesin komaya düşdüyü və hətta insult keçirdiyi barədə xəbərlər, elə həmin mətbuat xidməti tərəfindən təxribat kimi qələmə verilmiş və yalanlanmışdı.
Gennadi Kernesin yaxın dostu, biznesmen Pavel Fuks isə onun ağır vəziyyətdə olduğunu, bu səbəbdən Xarkov şəhərinin 17 saylı xəstəxanasından Berlinə köçürüldüyünü təsdiqləyib.
Ekspertlər Gennadi Kernesin koronavirusu ağır şəkildə keçirməsində onun əvvəl məruz qaldığı sui-qəsdlərin böyük rol oynadığını bildirirlər. 
2014-cü ilin aprel ayının 28-də Gennadi Kernes sayca 5-ci sui-qəsdə məruz qalıb. Lakin bu dəfə güllə onun onurğa sütunundan keçdiyi üçün mer əlil arabasında hərəkət etmək məcburiyyətindədir.
Gennadi Kernes başına gələn hadisədən dolayı Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakovu günahlandırır.


Paylaş:


Müəllif : Tarix:
17-09-2020, 16:57
  


loading...
Загрузка...